08:31 02-06-2014
news_image
521
DİGƏR NÖVLƏR

“Tour of Estonia”da 2-ci mərhələ - FOTOSESSİYA

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku” Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour of Estonia” veloyürüşündə ikinci mərhələni də uğurla başa vurub. Apasport.az saytının məlumatına görə, “Tartu Qran-Prisi” adı altında keçirilən bu mərhələdə iştirakçılar 150 km məsafə qət ediblər.

 

Komanda üzvlərimizdən ən yüksək göstərici Maykl Şvayzerə məxsusdur – ilk mərhələdə 3-cü olan velosipedçi bu dəfə finiş xəttini 3 saat, 22 dəqiqə, 40 saniyəyə keçən pelotonun içərisində olub və fotofinişə əsasən 6-cı yeri tutub. Bu nəticə Şvayzerə yarışı yekun sıralanmada 5-ci pillədə bitirməyə imkan verib. O yürüş qalibindən 12 saniyə geri qalıb.

 

Qeyd edək ki, Estoniya turunda ümumilikdə 12 komanda iştirak edib və bunlardan da 2-si Pro Kontinental, 6-sı Kontinental, 4-ü isə milli komandadır.