08:51 02-06-2014
news_image
600
DİGƏR NÖVLƏR

Avropa çempionatında tarixi nailiyyət

Serbiyanın paytaxtı Belqradda akademik avarçəkmə üzrə Avropa çempionatına yekun vurulub. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Azərbaycan milli komandası yarışı 1 gümüş medalla başa vurub.
 
Həmin medala 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşdə Aleksandr Aleksandrov - Boris Yotov dueti sahib olub. Onlar final yürüşündə məsafənin 1500 metrlik bölümündə hamıdan öndə olsalar da, sonda 6 dəqiqə 9,36 saniyə nəticə ilə 2-ci yeri tutublar. Bununla belə, 24 yaşlı Aleksandrov və cəmi 18 yaşı olan Yotovdan ibarət duetimiz ilk dəfə Avropa çempionatında fəxri kürsüyə çıxıb.
 
Qızıl medala 6 dəqiqə 8,82 saniyə nəticə ilə Rolandas Maskinskas - Saulius Ritter (Litva), bürünc medala isə 6 dəqiqə 10,09 saniyə göstəriciyə malik Hans Qruhne - Stefan Krüger (Almaniya) dueti yiyələnib.
 
Qeyd edək ki, Azərbaycan ümumi komanda hesabında medal qazanan 19 ölkə arasında 17-ci olub.