16:44 03-06-2014
news_image

Daha bir boksçumuz 1/4 finala yüksəldi

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən boks üzrə Avropa çempionatında milli komandamızın daha bir üzvü qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, 51 kq çəki dərəcəsində mübarizə aparan Anaxanım Ağayeva Almaniya təmsilçisi Sarah Bormanı məğlub edib. Boksçumuz 1/4 finalda Vassila Lxadiri ilə qarşılaşacaq.

 

Qeyd edək ki, iki boksçumuz – Yelena Vıstropova (69 kq) və Leyla Cavadova (75 kq) artıq qitə çempionatının ən azı bürünc medalını özlərinə təmin ediblər.