02:39 06-06-2014
news_image
556
DİGƏR NÖVLƏR

Şarapova “Rolan Qarros”un finalında

 

Rusiyalı tennisçi Mariya Şarapova Fransanın Açıq Çempionatı – “Rolan Qarros”un finalına çıxıb. Apasport.az saytının məlumatına görə, bu, Şarapovanın “Rolan Qarros”dakı dalbadal üçüncü finalıdır.

 

Yarımfinalda Şarapova kanadalı Ejani Buşarı 4:6; 7:5; 6:2 hesabı ilə məğlub edib. Finalda onu rumıniyalı Simona Halep gözləyir. Halep yarımfinalda almaniyalı Andrea Petkoviçə 6:2; 7:6 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, final oyunu iyunun 7-də keçiriləcək.