21:17 06-06-2014
news_image
1968
DÖYÜŞ NÖVLƏRİ

“Baku Fires” ilk oyun günündə məğlub oldu

Bu gün “Sərhədçi” İdman Olimpiya Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 2013/2014-cü illər mövsümünün final mərhələsinin ilk görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, həlledici qarşılaşmada Azərbaycanın “Baku Fires” klubu Kubanın “Cuba Domaderos” komandası ilə üz-üzə gəlib.

 

Qarşılaşma gözlənildiyi kimi gərgin keçib. Çünki WSB-də debütant olan Kuba təmsilçisi cari mövsümdə bütün görüşlərini qələbə ilə başa vuran yeganə komandadır. “Baku Fires” isə kubalılarla hər iki qarşılaşmada 2:3 hesabı ilə uduzmuş yeganə klubdur.

 

Həmçinin, rəqibin heyətində Yosbani Veita və Erislandi Savon bu mövsüm bütün görüşlərini qələbə ilə bitiriblər. Doğma divarlar və azarkeşlər Bakı təmsilçisi üçün əlavə üstünlük olmasına baxmayaraq, “Baku Fires” ilk oyun gününü 3:2 hüsabı ilə məğlub olub. 

 

Final mərhələsi

İlk görüş

6 iyun
 

“Baku Fires” – “Cuba Domaderos” 2:3

 

49 kq. Həmzə Nametov – Yosbani Veita - 0:3

56 kq. Məhəmməd Qurbanov – Norlan Yera - 3:0

64 kq. Heybətulla Hacəliyev – Yasiner Toledo - 2:1

75 kq. Xaybula Musalov – Arlen Lopez - 0:3

91 kq. Əbdülqədir Abdullayev – Erislandi Savon - 0:3

 

 

Qeyd edək ki, final mərhələsinin ikinci görüşündə digər 5 çəki dərəcəsində olan idmançılar mübarizə aparacaq. Qalib də məhz sabah baş tutacaq ikinci görüşdən sonra müəyyənləşəcək. Əgər tərəflər hərəsi 1 dəfə eyni hesabla qələbə qazanarlarsa, o zaman 69 kq çəki dərəcəsində Yevgeni Romaşkeviçlə Arisnoidis Despaigne arasında əlavə döyüş keçiriləcək.