04:32 07-06-2014
news_image
561
DİGƏR NÖVLƏR

“Rolan Qarros”un finalında Nadal və Cokoviç

Tennis üzrə Fransanın Açıq Çempionatının – “Rolan Qarros”un kişilər arasında keçirilən turnirinin yarımfinal oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, finalda əzəli rəqiblər – Rafael Nadal və Novak Cokoviç görüşəcək.

 

Nadal yarımfinalda ingiltərəli Endi Marrey üzərində asan qələbə qazanıb – 6:3; 6:2; 6:1. Cokoviç isə finala gedən yolda latviyalı Ernest Qulbisin müqavimətini qırıb. Hesab 6:3; 6:3; 3;6; 6:3 Cokoviçin xeyrinə başa çatıb.

 

Qeyd edək ki, final görüşü iyunun 8-də keçiriləcək.