22:31 08-06-2014
news_image
510
DİGƏR NÖVLƏR

“Rolan Qarros”un qalibləri müəyyən olundu

 

Tennis üzrə Fransa Açıq Çempionatının – “Rolan Qarros”un qalibləri müəyyən olunub. Apasport.az saytının məlumatına görə, qadınlar arasında Mariya Şarapova, kişilər arasında isə Rafael Nadal çempion adını qazanıb.

 

Rusiyalı Mariya Şarapova finalda rumıniyalı tennisçi Simona Halepdən üstün olub – 6:4; 6:7; 6:4. Dalbadal üçüncü dəfə turnirin finalına çıxan Şarapova ikinci dəfə qalib adını qazanıb.

 

İspaniyalı Rafal Nadal isə finalda serb Novak Cokoviçdən üstün olub – 3:6; 7:5; 6:2; 6:4. Bu, ispaniyalı tennisçinin “Rolan Qarros”da doqquzuncu çempionluğudur.