08:43 09-06-2014
news_image

Kuboku Bakıdan Kubaya apardılar

Ümumdünya Boks Seriyasının (WSB) 2013/2014-cü illər mövsümünə yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunan həlledici görüşdə Azərbaycanın “Baku Fires” klubu əlavə döyüşdə uduzaraq, ikinci yeri tutub.

 

Belə ki, final mərhələsinin ilk matçında Kubanın “Cuba Domaderos” komandasına 2:3 hesabı ilə uduzan təmsilçimiz ikinci qarşılaşmada eyni hesabla qalib gəlib. Bu səbəbdən çempionun adına əlavə - 11-ci döyüşdə aydınlıq gəlib.

 

Təəssüf ki, həmin döyüşdə böyük ümidlər bəslənilən Yevgeni Romaşkeviç Arisnoidis Despaigne ilə bacarmayıb və kubalılar debüt ilindəcə kuboka sahib olublar.

 

Qeyd edək ki, ikinci yer də “Baku Fires”in tarixinə ən yaxşı nəticə kimi düşüb. Çünki komandamız 4 illik tarixində finala kimi irəliləyə bilməmişdi.

 

Baku Fires – Cuba Domaderos – 3:2

52 kq. Elvin Məmişzadə - Gerardo Servantez – 3:0

60 kq. Albert Səlimov – Lzaro Alvares – 2:1

69 kq. Məhəmməd Nuruddinov - Roniel Sotolonqo – 0:3

81 kq. Mixail Dolqolivets – Xulio Sezar la Kruz – 0:3

+91 kq. Arslanbek Mahmudov – Xose Anxel Larduet – 2:1

 

Əlavə döyüş

69 kq. Yevgeni Romaşkeviç – Arisnoidis Despaigne – 0:3