21:45 12-06-2014
news_image

Kliçko Rio-de-Janeyro Olimpiadasında qalib gəlmək istəyir

 

Boks üzrə ukraynalı dünya çempionu Vladimir Kliçko 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək istəyir. Apasport.az saytının məlumatına görə, professional boksçu Rio-de-Caneyroda qalib gəlmək arzusundadır.

 

Kliçko Rio-de-Caneyroya getmək ümidlərinin olduğunu təsdiq edib: “Braziliyaya getmək, 20 ildən sonra Atlanta uğurunu təkrarlamaq motivasiyam həddən artıq böyükdür”.

 

Kliçko 1996-cı ildə Atlanta Olimpiadasında finalda tonqolu boksçu Paea Volfqramma qalib gələrək, ağır çəkidə (90,7 kiloqram) qızıl medal qazanıb.

 

Rio-de-Caneyro Olimpiadası 2016-cı il avqustun 5-dən 21-nə kimi keçiriləcək. Kliçkonun 2016-cı ildə 40 yaşı olacaq.