16:38 13-06-2014
news_image
1431
DÖYÜŞ NÖVLƏRİ

Tərlan “uçdu”, Şahin “vuruldu”

Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahı Azərbaycan millisinin aparıcı idmançıları üçün yenə uğurlu alınmayıb.

 

Belə ki, həmyerlilərimizdən yalnız Tərlan Kərimov (66 kq) irəliləyib ki, o da 81-ci yeri 80-cı pilləyə dəyişib. Ondan fərqli, Nicat Şixəlizadə (66 kq), Tural Səfquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elmar Qasımov (100 kq) və Kifayət Qasımova (57 kq) geriləyiblər. Cüdoçularımız hazırda müvafiq olaraq, 8-ci, 57-ci, 13-cü, 12-ci (hamısı -1) və 18-ci (-5) yerə eniblər.

 

Komandamızın heyətində Orxan Səfərov, İlqar Müşkiyev ( hər ikisi 60 kq), Rüstəm Orucov (73 kq), Məhəmmədəli Mehdiyev (81 kq) və Elxan Məmmədov (100 kq) isə mövqelərini qoruyublar. Onlar yenə müvafiq olaraq, 6-cı, 14-cü, 13-cü, 43-cü və 2-cidir.

 

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.