20:27 15-06-2014
news_image
516
DİGƏR NÖVLƏR

“Synergy Baku”nun üzvü Avstriyada 3-cü yeri tutdu - FOTOSESSİYA

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun üzvləri Avstriyada keçirilən 1 günlük “Judendorf” Qran-Prisində iştirak ediblər. Apasport.az saytının xəbərinə görə, Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı yürüşündə komandamızın heyətində Samir Cəbrayılov, Tural İsgəndərov, Aleksandr Surutkoviç, Yan Sokol, Markus Eybeger, Maksim Averin və Konnor McConvey mübarizə aparıb.

174 km-lik yürüş velosipedçilərimizin uğurlu komanda çıxışı ilə yadda qalıb. Məhz bu amil fəxri kürsüdə “Synergy Baku” komandasının üzvünün də yer almasına şərait yaradıb. Belə ki, Markus Eybeger finiş xəttini qalibdən 7 saniyə gec keçməklə 3-cü yeri tutub.

“Judendorf” Qran-Prisində ümumilikdə 13 komandanın tərkibində 131 velosipedçi mübarizə aparıb.

Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.