19:39 16-06-2014
news_image
1280
DİGƏR NÖVLƏR

Şumaxer komadan çıxdı – RƏSMİ

 

“Formula-1” avtomobil yarışları üzrə 7 dəfə dünya çempionu Mixael Şumaxer komadan çıxıb. Apasport.az saytının məlumatına görə, keçmiş pilotun meneceri Sabina Kim onun Qrenobldakı xəstəxanadan çıxarıldığını və reabilitasiya mərkəzinə yerləşdirildiyini bildirib.

 

Hazırda Şumaxer İsveçrənin Lozannadakı reabilitasiya mərkəzindədir. O, bu gün səhər İsveçrəyə aparılıb. Həkimlər onun vəziyyətinin stabil olduğunu bildirirlər. Sabina Kimin sözlərinə görə, idmançı səsləri eşidir, toxunmaya reaksiya verir və qohumlarını tanıyır.

 

Mixael Şumaxer 6 ay komada qalıb. O, ötən ilin dekabrında Meribel kurortunda xizək sürərkən ağır kəllə-beyin travması alıb. Pilot dərhal vertolyotla Qrenobl xəstəxanasına aparılıb və onun üzərində iki cərrahiyyə əməliyyatı keçirilib.

 

Yanvar ayından etibarən Şumaxerin süni koma vəziyyətindən çıxarılmasına başlanılıb. Artıq aprel ayında idmançının tədricən komadan çıxmağa başladığı bildirilirdi.