11:48 18-06-2014
news_image
396
DİGƏR NÖVLƏR

İlk 2 cəhddə medal olmadı

Sloveniyanın Maribor şəhərində start götürən güllə atıcılığı üzrə Dünya Kubok davam edir. Apasport.az saytının məlumatına görə, artıq yarışda Azərbaycan millisinin 2 snayperi hədəf önünə keçib.

Komandamızın baş məşqçisi, eyni zamanda, aparıcı idmançısı İradə Aşumova ilk cəhdində mükafatçılar sırasına düşə bilməyib. O, 25 m məsafədən atəşaçmada 32-ci olub.

Eyni məsafəyə yarışda Ruslan Lunyov isə 10-cu yeri tutub.

Qeyd edək ki, iyunun 21-nə kimi davam edəcək Dünya Kubokunda bu idmançılarımız 10 m məsafədən atəşaçmada da dəqiqliyini yoxlayacaq. Onlardan əlavə, Rəsul Məmmədov da yarışa qatılacaq. Həmyerlimiz 10 və 50 m məsafədən atəş açacaq.