08:44 19-06-2014
news_image
2234
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarovdan titulunu aldılar

Dubayda keçirilən şahmatın rapid növü üzrə dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, mundiala 6 zəka sahibi ilə qatılan Azərbaycan millisinin heç bir üzvü mükafatçılar sırasına düşə bilməyib.

 

15 turun yekununa əsasən təmsilçilərimizdən ən yaxşı nəticəni Teymur Rəcəbov göstərib. Həmyerlimiz 10 xalla yarışı 9-cu pillədə başa vurub.

 

Sürətli şahmatda son dünya çempionu Şəhriyar Məmmədyarov isə gözləniləndən çox aşağı çıxış edərək, titulunu təhvil verib. Cəmi 7,5 xal toplayan qrossmeysterimiz 54-cü yeri tutub.

 

Digər şahmatçılarımıza gəlincə, Rauf Məmmədov 9,5 xalla 13-cü, Qədir Hüseynov 9 xalla 18-ci, Eltac Cəfərli 7 xalla 68-ci və Vasif Durarbəyli 6 xalla 90-cı pillədə qərarlaşıblar.

 

46 ölkədən 113 şahmatçının qatıldığı dünya çempionatını qalibi adına isə norveçli Maqnus Karlsen layiq görülüb. O, 15 matçda 11 xal toplayıb. Dünya reytinqinə başçılıq edən şahmatçıdan 0,5 xal az yığan Fabiano Karuana (İtaliya) 2-ci yeri tutub. İlk “üçlüyü” isə italiyalı qrossmeysterlə eyni xal toplayan, lakin əlavə əmsallara gör ondan geri qalan Vişvanatan Anand (Hindistan) tutub.

 

Qeyd edək ki, mundial blits növü ilə davam edəcək.