10:36 19-06-2014
news_image

Yığmamız 56 ölkə sırasında

İyunun 21-də Macarıstanın paytaxtı Budapeştdə start götürəcək Qran-pridə iştirak edəcək ölkələrin və cüdoçuların yekun siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək yarışda Azərbaycanla yanaşı, 56 ölkənin idmançıları mükafatlar uğrunda tatamiyə çıxacaqlar.

Turnirə ümumilikdə 462 cüdoçu qatılacaq. Onlardan 263-ü kişi, 199-u qadın olacaq.

Qeyd edək ki, Qran-pridə Azərbaycan yalnız kişilərin yarışında təmsil olunacaq. Macarıstanda ölkəmizin idman şərəfini Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (60 kq), Rüstəm Orucov (73 kq), Məhəmmədəli Mehdiyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) qoruyacaq.