08:01 20-06-2014
news_image
434
DİGƏR NÖVLƏR

Akademik avarçəkənlərimiz Dünya Kubokunda

Bu gün Fransadakı Eqvebelett gölündə akademik avarçəkmə üzrə Dünya Kubokunun II mərhələsi start götürəcək. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, nüfuzlu reqatada Azərbaycanı 5 idmançı təmsil edəcək.

Əsas diqqətlər son Avropa çempionatının gümüş mükafatçıları Aleksandr Aleksandrovla Boris Yotova yönələcək. Aleksandrov – Yotov dueti 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Bu cütlüyün üst-üstə 21 rəqibi olacaq.

2 nəfərlik sükansız qayıqla (M2-) eyni məsafəyə yürüşlərdə isə İqor Luçiç – Luka Dordeviç cütlüyü çıxış edəcək. Onların ümumilikdə 12 rəqibi olacaq.

Nəhayət, Cavid Əfəndiyev 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) eyni məsafəyə yürüşlərə qatılacaq. Əfəndiyev isə ümumilikdə 19 avarçəkənlə mübarizə aparacaq.

Dünya Kubokunun II mərhələsinə iyunun 22-də yekun vurulacaq.