08:31 23-06-2014
news_image

Qran-pridə 3 medal

Budapeştdə keçirilən cüdo üzrə Qran-pri turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa 9 idmançı ilə qatılan Azərbaycan millisi 3 medala sahib olub.

 

Komandamızın heyətində İlqar Müşkiyev (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Elmar Qasımov (100 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar. Müəyyən müddətdən sonra tatamiyə qayıdan dünya çempionumuz Elxan Məmmədov (100 kq) isə elə ilk cəhddəcə yaponiyalı Ryunosuke Haqaya uduzub.

 

Qeyd edək ki, Azərbaycan komanda hesabında 56 ölkə arasında 16-cı yeri tutub.