10:48 23-06-2014
news_image
474
DİGƏR NÖVLƏR

“Tour of İran”da ən yaxşı nəticəmiz – 24-cü yer - FOTO

İran İslam Respublikasında təşkil edilən ənənəvi "Tour of İran" veloyürüşü başa çatıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı 6 mərhələli yarışında Azərbaycan yığma komandasının 6 üzvü də mübarizə aparıb.

 

Velosipedçilərimizdən ən yüksək nəticə Elçin Əsədova məxsusdur - "Synergy Baku" kontinental komandasının da şərəfini qoruyan Elçin, 6 mərhələnin yekununa əsasən 100 iştirakçı arasında 24-cü yeri tutub.

 

Qeyd edək ki, "Tour of İran" veloyürüşündə ümumilikdə 18 yığma və klub komandası iştirak edib.