22:11 27-06-2014
news_image

Əfsanəvi boksçu 51 yaşında karyerasını başa vurdu

 

Boks üzrə ağır çəkidə keçmiş mütləq dünya çempionu Evander Holifild karyerasını başa vurduğunu açıqlayıb. Apasport.az saytının məlumatına görə, Holifild avqustun 9-da adının Las-Veqasda Boksun Şərəf Zalına salınacağını bildirib: “Mən karyeramı başa vurdum. Bundan sonra heç kim və heç zaman mənimlə rinqdə görüşməyəcək”.

 

Qeyd edək ki, bu ilin noyabrında Holifildin 52 yaşı tamam olacaq. O, son zamanlar dəfələrlə Kliçko qardaşlarını rinqə dəvət edib. Amma Holifildin çağırışları cavabsız qalıb.

 

Vaxtilə Mayk Tayson tərəfindən dişlənən və qulağının bir hissəsini itirən Holifild sonuncu dəfə rinqə 2011-ci ildə çıxıb. O, danimarkalı Brayan Nilsenlə görüşdə qalib gəlib. Ümumilikdə isə Holifild professional boksda 56 görüş keçirib, 44 qələbə qazanıb, 2 görüşdə məğlub olub. 10 görüş isə bərabərliklə başa çatıb.