12:16 29-06-2014
news_image
874
DİGƏR NÖVLƏR

Məşhur rusiyalı olimpiya çempionu ana oldu

 

Rusiyalı idmançı, şüvüllə tullanmaq üzrə ikiqat olimpiya çempionu Yelena İsinbayeva ana olub. Apasport.az saytının məlumatına görə, dəfələrlə dünya və Avropa çempionu, dünya rekordçusu iyunun 28-də qız övladı dünyaya gətirib.

 

Uşağın və idmançının səhhətinin normal olduğu bildirilir. Hələlik idmançı övladına ad qoymayıb.