20:37 30-06-2014
news_image
557
DİGƏR NÖVLƏR

Lvov 2022-ci il Olimpiadasından imtina etdi

 

Ukraynanın Lvov şəhəri 2022-ci il Qış Olimpiya Oyunlarını keçirmək niyyətindən əl götürür. Apasport.az saytının məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Ukraynanın baş naziri Arseniy Yatsenyk və Ukrayna Milli Olimpiya Komitəsinin rəhbəri Sergey Bubka arasında keçirilən danışıqlar zamanı qərar qəbul edilib.

 

Tərəflər ölkədəki çətin iqtisadi durumu nəzərə alaraq, Lvovun iddiasını geri çağırmaq qərarına gəliblər. Bu zaman MOK komissiyası Lvovun potensialını nəzərə alaraq, bu şəhərin 2026-cı il Olimpiadasına iddia edə biləcəyini vurğulayıblar.

 

Qeyd edək ki, hazırda 2022-ci il Olimpiadasına Norveçin Oslo, Çinin Pekin və Qazaxıstanın Alma-Ata şəhərləri iddialıdırlar. Yekun qərar 2015-ci ildə Malayziyada açıqlanacaq.