10:45 01-07-2014
news_image
774
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov 2, Rəcəbov 1

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, iyun üçün açıqlanan siyahıda Azərbaycan təmsilçiləri də yer alıb.

 

Norveçli Maqnus Karlsenin 2877 xalla başçılıq etdiyi “Top-100”də 3 qrossmeysterimiz də  qərarlaşıb. Onların hər üçü son 1 ayda geriləyib. Ən yaxşı şahmatçımız Şəhriyar Məmmədyarov 2743 xalla 18-ci yerədir. O, ötən ayla müqayisədə mövqeyini 2 pillə əldən verib.

 

2724 xala malik Teymur Rəcəbov 1 pillə geriləməklə, 28-ci yerə düşüb. 2 pillə geriləyən Rauf Məmmədov 2659 xalla 88-ci yerdədir. Dəyişikliyin olmadığı ilk “üçlük”də Karlseni Levon Aronyan (Ermənistan, 2805) və Aleksandr Qrişuk (Rusiya, 2795) izləyir.

 

Qeyd edək ki, qadınların siyahısında isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.