08:12 02-07-2014
news_image
749
DİGƏR NÖVLƏR

Bu gün Beynəlxalq İdman Jurnalistləri Günüdü

Bu gün Beynəlxalq İdman Jurnalistləri Günüdür. Apasport.az saytının məlumatına görə, hər il iyulun 2-də dünyada idman jurnalistlərinin peşə bayramı qeyd olunur.


Buna 90 il əvvəl yaşanan hadisə səbəb olub. Belə ki, 1924-cü ilin iyulun 2-də Fransanın paytaxtı Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) yaradılıb.

 

Bu bayramın məhz oyulun 2-də qeyd olunması da bununla bağlıdır.

Saytımız ölkəmizdə fəaliyyət göstərən bütün idman yazarlarına can sağlığı, peşə fəaliyyətlərində uğurlar arzulayır və onların bu bayramını səmimi qəlbdən təbrik edir!