10:35 02-07-2014
news_image
938
DİGƏR NÖVLƏR

Gəncədə velosiped parkı istifadəyə verilib - FOTOSESSİYA - VİDEO

Azərbaycanda velosiped idmanına günü-gündən artan maraq ölkənin 2-ci ən böyük şəhəri Gəncədə də hiss olunmaqdadır. Apasport.az saytının xəbərinə görə, velosiped həvəskarlarının rahatlığını təmin etmək məqsədilə şəhər İcra Hakimiyyəti tərəfindən Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkın yanında velosiped yolları istifadəyə verilib.
Burada velosiped kirayələmə məntəqəsi də fəaliyyət göstərir. Günün istənilən saatında velosiped həvəskarları ümumi uzunluğu 17 km olan yollarda velosiped sürmək imkanına malikdirlər. AzVİF mətbuat xidməti həmin parkdan foto və videogörüntüləri təqdim edir.