14:10 03-07-2014
news_image
1003
DİGƏR NÖVLƏR

Azərbaycan Peyntbol Federasiyası Qafqazda birinci oldu

Azərbaycan Peyntbol Federasiyası (APF) Avropa Peyntbol Federasiyasına tam hüquqlu üzv seçilib. Apasport.az saytının xəbərinə görə, APF bununla Qafqaz regionunda Avropa Peyntbol Federasiyasına üzv olan ilk təşkilat adına sahib çıxıb.

 

Avropa Peyntbol Federasiyasına üzv olmaqla, Azərbaycan peyntbolçuları ölkəmizi beynəlxalq turnirlərdə təmsil etmək hüququ qazanıblar.