Sərbəst güləş üzrə gənclərdən ibarət milli komandamızın məşqçilər korpusunda dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun əmri ilə gənclərdən ibarət komandanın böyük məşqçisi Arif Abdullayev tutduğu vəzifədən azad edilib.
Onun yerinə isə millinin sabiq baş məşqçisi Saypulla Absaidov təyin olunub.