16:10 05-07-2014
news_image
787
FUTBOL

Elias Braziliyanın B seriyasında çıxış edə bilər

“Xəzər Lənkəran”ın sabiq futbolçusu Elias Ribeyro de Oliveyra karyerasını vətənində davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, cənublularda icarə əsasında çıxış edən 30 yaşlı futbolçunun “Atletiko Paranaense” ilə müqaviləsi başa çatıb.

Bununla belə, Elias hazırda formasını qorumaq üçün Libertadores Kubokunda gümüş medalları qazandığı “Atletiko Paranaense”nin düşərgəsində məşq edir. Ona isə ötən il A seriyasından düşən “Ponte-Preta”dan maraq var. O, məhz ötən il “Xəzər Lənkəran”dan əvvəl bu klubda icarə əsasında çıxış edib.

Ancaq Eliasın bu kluba keçidini əngəlləyən məqam var. Belə ki, “Ponte-Preta” eyni zamanda 33 yaşlı “10” nömrə Adrianinyonu əvəzləməyə başqa namizədi də gözdən keçirir. Bu, Çinin “Quançjou Everqrand” klubuna məxsus olan Renato Kajadır. Qış fasiləsindən etibarən “Bursaspor”da icarə əsasında çıxış etmiş 29 yaşlı Kajaya “Ponte-Preta” ayına 100 min dollar təklif edir. Ancaq Çin klubunu onun keçidini əngəlləyən amildir. Bu üzdən Eliasın “Ponte-Preta”ya keçidi rəqibinə nisbətən daha asan görünür.

Qeyd edək ki, Elias qış fasiləsində Mustafa Dənizlinin “Xəzər Lənkəran”a cəlb etdiyi futbolçulardandır. İlinə 1 milyon dollar aldığı iddia edilən braziliyalı pleymeyker yarım mövsümə 14 oyunda meydana çıxıb və 4 qola imza atıb.