22:00 07-07-2014
news_image
730
DİGƏR NÖVLƏR

2022-ci il Olimpiadasına namizədlər açıqlandı

Beynəlxalq Olimpiya Komitəsi 2022-ci il Qış Olimpiadasını keçirməyə namizəd olan şəhərlərin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıya Oslo (Norveç), Alma-Ata (Qazaxıstan) və Pekinin (Çin) adları daxildir.

 

Bu qərar BOK-un İcraiyyə Komitəsinin Lozannada keçirilən iclasında qəbul edilib. Bundan əvvəl Stokholm (İsveç), Krakov (Polşa) və Lvov (Ukrayna) Olimpiadanı keçirmək iddiasından imtina edib.

 

2022-ci il Olimpiadasını keçirməyə namizəd şəhərlərin yoxlanılması gələn ilin əvvəlindən başlayacaq. Olimpiadanı keçirəcək şəhərin adı isə 2015-ci ilin yayında Malayziyada açıqlanacaq.