15:38 11-07-2014
news_image
824
DİGƏR NÖVLƏR

Yığmamızdan növbəti uğur - FOTO

 

Velosiped idmanının trek növü üzrə Azərbaycan yığma komandası uğurlu çıxışlarını davam etdirir. Apasport.az saytının xəbərinə görə, Fransada keçirilən birinci kateqoriyalı “Fenioux Piste International” Kubokunda Böyük Britaniya, Fransa, Yeni Zelandiya, İtaliya, İspaniya yığma komandaları, eləcə də Çexiyanın “Dukla”, İsveçrənin “Ümumdünya Velosiped Mərkəzi” və digər komandalarla mübarizə aparan velosipedçilərimiz yarışın ilk günündə iki dəfə final mərhələsinədək irəliləyə biliblər.

Kişilər arasında keyrin üzrə yarışlarda yığma komandamızın üzvü Sergey Omelçenko 20 nəfər arasında 4-cü yer tutub. Final mərhələsində Fransa komandasının 3 üzvü ilə mübarizə aparan velosipedçimizi fəxri kürsüdən cəmi 0,05 saniyə ayırıb. Komandamızın digər üzvü Maksim Buşmin isə yarımfinalda zədələnsə də, yenidən mübarizəyə qoşularaq finiş xəttini keçməyi bacarıb və 12-ci nəticə göstərib.

Qadın velosipedçilərimiz Olqa İsmayılova keyrin üzrə yarışlarda 6-cı, Yelena Pavluxina isə 3000 metr məsafəyə ötüşmədə 7-ci olub. “Fenioux Piste International” Kubokunda yarışlar davam edir.

avif.az