12:06 12-07-2014
news_image
1006
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnir keçiriləcək

İyulun 24-də mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan 12 yaşadək uşaqlar arasında beynəlxalq turnir keçiriləcək. Apasport.az saytının məlumatına görə, təşkilatçılar Vüqar Həşimov Memorialı uşaq turnirinin açılış mərasimini mərhum şahmatçımızın doğum günündə keçirməyi planlaşdırır. İyulun 24-də Vüqarın 28 yaşı tamam olur. Beynəlxalq turnirdə Rusiya, Fransa, Gürcüstan, Türkiyə, İran və digər ölkədən iştirakçılar olacaq. Yarışın ilk turu iyulun 25-də start götürəcək. Turnir avqustun 2-də başa çatacaq.


Qeyd edək ki, 100-dən çox yeniyetmənin iştirak edəcəyi Vüqar Həşimov Memorialı 9 turdan ibarət olacaq. Qaliblər Batumidə keçiriləcək 12 yaşadək şahmatçıların şəxsi Avropa çempionatında iştirak etmək imkanı qazanacaq. Qalib şahmatçı eyni zamanda Vüqar Həşimov Kubokuna sahib çıxacaq. Gümüş medalçı isə Baku Open turnirinə dəvət alacaq. Bürünc mükafatçı Naxçıvan Opendə iştirak edəcək.