06:58 16-07-2014
news_image
698
DİGƏR NÖVLƏR

İlk qara dərili olimpiya çempionu öldü

 

1948-ci ildə London Olimpiadasında qızıl medal qazanan və ilk qara dərili olimpiya çempionu kimi tarixə düşən Elis Kouçman vəfat edib. Apasport.az saytının məlumatına görə, amerikalı idmançının 90 yaşı olub.

 

Kouçman London Olimpiadasında hündürlüyə tullanmaqda qalib gəlib. Onun dünən Corciya ştatında – Olban şəhərindəki evinin yaxınlığında yerləşən xəstəxanada öldüyü bildirilir. Olimpiya çempionunun ölüm səbəbləri barədə heç nə bildirilməsə də, yeri mətbuat idmançının 3 ay öncə insult keçirdiyini bildirib.

 

ABŞ Milli Olimpiya Komitəsinin icraçı direktoru Skott Blekman Elisin Londonda yeni səhifə açdığını vurğulayıb: “Amma olimpiya çempionluğu onun irsinin kiçik bir hissəsidir”.

 

Kouçmen ABŞ çempionatında 10 dəfə qalib gəlib və 9 müxtəlif şərəf zalına daxil edilib.