04:44 17-07-2014
news_image
674
DİGƏR NÖVLƏR

Məşhur tennisçiyə vətən xaini damğası və ölüm hədəsi

 

Tennis üzrə Uimbldon turnirinin son qalibi, çexiyalı Petra Kvitova vətənə xəyanətdə ittiham edilib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı idmançı ölüm hədəsi də alıb.

 

Hər şey Kvitovanın digər tennisçilər kimi Monakoda məskunlaşmaq barədə qərar qəbul etməsindən sonra başlayıb. Çexiya parlamentinin deputatı Stanislav Humi tennisçinin Fransanın cənubuna köçməsini vergilərdən yayınmaq istəyi kimi dəyərləndirərək, onu vətənə xəyanətdə ittiham edib. Millət vəkili məclisdən idmançının vətəndaşlıqdan məhrum edilməsini tələb edib: “Əgər kimsə Çexiya Respublikasından ayrılaraq, başqa yerdə yaşamaq qərarı qəbul edirsə, onu vətəndaşlıqdan çıxartmaq lazımdır. Çünki onun əldə etdiyində ölkəsinin payı var. Amma o, vətəninə xəyanət edərək, Monakoya – verginin az olduğu yerə gedir”.

 

Deputatın bu çıxışı tennisçiyə təzyiqlərin başlamasına səbəb olub. Bir nəfər isə Kvitovaya zəng edərək, onu öldürəcəyi ilə hədələyib. Artıq həmin şəxs polis tərəfindən həbs olunub.