14:07 18-07-2014
news_image

Bakı dünya olimpiya təsnifat turnirini qəbul edəcək!

Türkiyənin İstanbul şəhərində keçirilən AİBA İcraiyyə Komitəsinin iclasında 2015 və 2016-cı ildə keçiriləcək bir çox mötəbər boks yarışlarını qəbul edəcək ölkələrin adlarına aydınlıq gəlib. Apasport.az saytının xəbərinə görə, gizli səsvermə nəticəsində 2016-cı ildə Rio-de-Janeyro Olimpiadasına vəsiqə verən dünya Olimpiya təsnifat turnirinin Bakıda keçiriləcəyi  müəyyənləşib.

Toplantıda ölkəmizi Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, AİBA İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılov təmsil edib. Qeyd edək ki, 2011-ci ildə paytaxtımızda təşkil olunan boks üzrə dünya çempionatı da London Olimpiadasına lisenziya xarakteri daşıyırdı. Bakı turniri Braziliya Olimpiadasına lisenziya verecək son boks yarışı olacaq.

Digər yarışların keçiriləcəyi şəhərlər

Sankt  Peterburq – 2015-ci il yeniyetmələr arasında dünya birinciliyi

Taypey – 2015-ci il yeniyetmə və gənc qızlar arasında dünya birinciliyi

Astana – 2016-cı il qadınlar arasında dünya çempionatı

Yaunde (Kamerun) – 2016-cı il Afrika Olimpiya təsnifat turniri

Buenos-Ayres – 2016-cı il Amerika Olimpiya təsnifat turniri

Qianyan (Çin) – 2016-cı il Asiya və Okeaniya Olimpiya təsnifat turniri

Sankt-Peterburq – 2016-cı il gənclər arasında dünya birinciliyi

İstanbul – 2016-cı il Avropa Olimpiya təsnifat turniri

Bakı – 2016-cı il dünya Olimpiya təsnifat turniri