14:28 20-07-2014
news_image
641
DİGƏR NÖVLƏR

Hollandiyalı velosipedçi ikinci dəfə təyyarə qəzasından qurtuldu

Hollandiyalı velosipedçi Martin de Yonq iki dəfə Malayziya təyyarələrinin uğradığı qəzadan qurtula bilib. Apasport.az saytının məlumatına görə, sonuncu dəfə o, Donetsk üzərində vurulan təyyarəyə minməyib.

 

De Yonq Malayziyanın “TSG” komandasının heyətində çıxış edir. O, iyulun 17-də Donetsk üzərində terrorçular tərəfindən vurulan təyyarədə Kuala-Lumpura uçmalıymış. Amma daha ucuz bilet tapdığından, başqa reysə minib.

 

Maraqlıdır ki, velosipedçi eyni səbəbdən 2014-cü ilin martında Kuala-Lumpur – Pekin marşrutu üzrə uçan təyyarəyə də minməyib. Xatırladaq ki, həmin təyyarə ilə əlaqə kəsilib və onun Hind okeanına düşdüyü güman edilir. Təyyarənin qalıqları indiyə kimi də tapılmayıb.