12:20 21-07-2014
news_image
579
DİGƏR NÖVLƏR

Uğursuz debüt

Azərbaycanda keçirilən “Baku Cup 2014” tennis turnirinin ilk günü iki təmsilçimizdən birinin məğlubiyyəti ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, ilk dəfə belə yarışa qatılan 14 yaşlı azərbaycanlı tennisçi Züleyxa Səfərova seçmə mərhələdə mübarizəni dayandırıb.

 

Turnirin ən gənc tennisçilərindən olan debütant Belarus təmsilçisi Aleksandra Sasnoviçlə qarşılaşıb. Gənc tennisçi dünya reytinqində 136-cı pillədə olan 20 yaşlı rəqibinə qarşı ciddi müqavimət göstərə bilməyib - 2:6, 1:6.

 

Qeyd edək ki, Azərbaycanın turnirdə digər təmsilçisi Nəzrin Cəfərova 1/16 finalda slovakiyalı Yana Çepelova ilə görüşəcək.