08:22 22-07-2014
news_image
574
DİGƏR NÖVLƏR

Təmsilçimiz mübarizəni dayandırdı

Azərbaycanda keçirilən “Baku Cup 2014” tennis turnirinin təmsilçimizin iştirakı ilə daha bir oyun keçirilib. Apasport.az saytının məlumatına görə, 17 yaşlı Nəzrin Cəfərova gürcüstanlı komanda yoldaşı 19 yaşlı Tamari Çalaqanidze ilə birlikdə cütlərin yarışında korta çıxıb.

 

Onlar ukraynalı Aleksandra Koraşvili və çexiyalı Tereza Martinkovadan ibarət cütlüklə qarşılaşıb. Sonuncuların aşkar üstünlüyü ilə keçən qarşılaşma 6:0, 6:0 hesabı ilə başa çatıb. Bununla da Nəzrin cütlərin yarışında çıxışını başa vurub.

 

Qeyd edək ki, bunadək digər təmsilçimiz - turnirin ən gənc tennisçilərindən olan, ilk dəfə belə yarışa qatılan 14 yaşlı Züleyxa Səfərova mübarizəni dayandırmışdı. İdmançımız Belarus təmsilçisi Aleksandra Sasnoviçə müqavimət göstərə bilməmişdi - 2:6, 1:6. Cütlərin mübarizəsində uduzan Cəfərova təklərin yarışında 1/16 finalda slovakiyalı Yana Çepelova ilə görüşəcək.