05:35 23-07-2014
news_image

Tayson düşməninə əl uzadacaq

 

Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson əzəli rəqibi, daha bir keçmiş dünya çempionu Evander Holifildi Boksun Şərəf Zalına daxil edəcək. Apasport.az saytının məlumatına görə, təntənəli mərasim avqustun 9-da Las-Veqasda olacaq. Bu mərasim zamanı Tayson Holifildə fəxri mükafatı təqdim edəcək.

 

Holifild məhz Las-Veqasda keçirilən döyüş zamanı Taysonu dünya çempionu titulundan məhrum edib. Cavab görüşündə isə Tayson Holivildin qulağının bir hissəsini dişləyib qopardığından, diskvalifikasiya olunub.

 

Şərəf Zalının prezidenti Riç Marotta belə şeylərin reallıq olduğunu artıq nümayiş etdirdiklərini bildirib: “Ötən il bunu göstərdik. Keçmiş və hazırkı rəqiblər boks üçün bir yerə yığışırlar. Bütün fikir ayrılıqları geridə qalır. Holifildə mükafat təqdim edən Tayson – bu əsl sehrbazlıq olacaq”.

 

Holifild professional rinqdə 56 görüş keçirib və 44 görüşdə qalib gəlib. Bu görüşlərdən 29-u nokautla başa çatıb. O, 2 görüşdə uduzub, 10 görüş isə heç-heçə ilə başa çatıb.