12:26 23-07-2014
news_image
819
DİGƏR NÖVLƏR

Təmsilçimiz 1/16 finalda uduzdu

Qadın tennisçilər arasında keçirilən "Baku Cup 2014" turnirində Azərbaycanı təmsil edən daha bir tennisçi mübarizəyə qoşulub. Apasport.az saytının məlumatına görə, 16 yaşlı Nəzrin Cəfərova Bakı Tennis Akademiyasının (BTA) mərkəzi kortunda dünya reytinqinin 62-ci pilləsində olan 21 yaşlı Yana Çepelova ilə görüşüb.

 

Turnirə ötən il olduğu kimi bu il də “wildcard”la qatılan təmsilçimiz bu dəfə də 1/16 final səddini adlaya bilməyib. Nəzrin güclü rəqibi qarşısında ciddi müqavimət göstərə bilməyib – 1:6, 0:6. Bununla da təmsilçilərimiz üçün yarış başa çatıb.

 

Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi Züleyxa Səfərova turnirin ilk günündə baş tutan təsnifat mərhələsində belaruslu Aleksandra Sasnoviçə məğlub olmuşdu - 2:6, 1:6.