08:23 24-07-2014
news_image

Bakıda və dünyada ilk

Bu gün Bakıda yeniyetmə taekvondoçular arasında I dünya birinciliyinə start verilib. Apasport.az saytının məlumatına görə, 4 gün davam edəcək mundialda Azərbaycan 18 idmançı ilə təmsil olunacaq.

 

Komandamızın baş məşqçisi Səbuhi Zülfüqarov yarışda Məhəmməd Əlizadə (33 kq), Xəyyam Qasımov (37 kq), Aqşin Abdulov (41 kq), Həsən Həsənov (45 kq), Ruslan Babayev (49 kq), Qasım Aslanov (53 kq), Nicat Musayev (57 kq), İkram Hüseynov (61 kq), Mehdi Tağıyev (65 kq), Orxan Tağızadə (+65 kq), Minayə Əkbərova (29 kq), Sevda Pirseyidova (33 kq), Nərgiz Mirzəyeva (37 kq), Diana Hacıəliyeva (41 kq), Aytən Süleymanova (44 kq), Nuranə İbrahimova (47 kq), Şəms İsayeva (51 kq) və Rafaella Hüseynovaya (55 kq) şans verəcək.

 

Qeyd edək ki, dünya birinciliyində 65-ə yaxın ölkədən 600-dək taekvondoçu gücünü sınayacaq. Milli Gimnastika Arenasında keçiriləcək yarışın rəsmi açılış mərasimi isə bu gün saat 19:00-da olacaq.