13:10 24-07-2014
news_image

İki boksçumuz medalı özlərinə təmin etdi

İtaliyanın Assisi şəhərində keçirilən yeniyetmə və gənc qızlar arasında boks üzrə Avropa birinciliyində yarımfinalçılar məlum olub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan millisinin iki üzvü – Məryəm Cəbrayılova və Alina Hacıyeva (81 kq) yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı özlərinə təmin ediblər.

 

Cəbrayılova 1/4 finalda irlandiyalı Klara Şheedi üzərində qələbə qazanıb. Boksçumuz yarımfinalda İtaliya təmsilçisi Florida Monika ilə üz-üzə gələcək.

 

Hacıyeva finala gedən yolda Ukrayna idmançısı Anastasiya Stankeviçlə qarşılaşacaq. Digər boksçumuz Aliyə Vəlizadə (54 kq) isə ilk görüşdə uduzaraq, mübarizəni dayandırıb.

 

Yarımfinal görüşləri iyulun 26-da, final qarşılaşmaları isə bir gün sonra keçiriləcək.