08:16 25-07-2014
news_image

İlk gündə 2 gümüş və 1 bürünc medal

Bakıda keçirilən I dünya birinciliyi Azərbaycan millisi üçün uğurla başlayıb. Apasport.az saytının məlumatına görə, yarışa 18 idmançı ilə qatılan yığmamız ilk gündə 2 gümüş və 1 bürünc medal qazanıb.

 

Təmsilçilərimizdən Minayə Əkbərova (29 kq) və Məhəmməd Əlizadə (33 kq) yalnız finalda uduzaraq, ikinci yerlə kifayətləniblər. Yarımfinal səddini keçə bilməyən Nərgiz Mirzəyeva (37 kq) 3-cü yeri tutub.

 

İlk gündə mübarizəyə qoşulan digər taekvondoçularımızdan Sevda Pirseyidova (33 kq) və Xəyyam Qasımov (37 kq) isə birinci döyüşlərində məğlub olublar.

 

Qeyd edək ki, bu gün komandamızın daha beş üzvü - Diana Hacəliyeva (33 kq), Aytən Süleymanova (44 kq), Aqşin Abdulov (41 kq), Həsən Həsənov (45 kq) və Ruslan Babayev (49 kq) gücünü yoxlayacaq.