16:23 25-07-2014
news_image
1033
DÖYÜŞ NÖVLƏRİ

FİLA prezidenti: Bunu Azərbaycan güləşinin necə inkişaf etməsinə bənzədərdim

“Sonuncu dəfə burada 2 il öncə olmuşam. Paytaxtınız tamamilə dəyişib. Burada çox yeniliklərin şahidi oldum”. Apasport.az saytının məlumatına görə, bunu FİLA-nın prezidenti Nenad Laloviç Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Paytaxtımızda təşkil olunan Qızıl Qran-pri turnirinin final mərhələsi ilə bağlı ölkəmizə gələn qurum rəhbəri bildirib ki, səfərə yeni başladığından bir çox yeniliklərin şahidi olacağına inanır: “Ölkənizin inkişafına gəldikdə, bunu Azərbaycan güləşinin necə inkişaf etməsinə bənzədərdim. Bu gün sizin idmana bağlılığınız, maliyyə dayaqlarınız, federasiyanızın inkişafı göz qarşısındadır. Azərbaycanda olmağımızdan şadıq”.

Laloviç Helsinkidə keçirilən Avropa çempionatında püşkün xüsusi qaydada atılmasına da münasibət bildirib. Onun sözlərinə görə, yuni qaydada atılan püşk heç kimi narazı qoymur: “Son vaxtlar ərzində ittihamlar irəli sürüldü. Buna görə də, istər FİLA, istər hakimlər, istər məşqçilər arasında tamamilə şəffaflığı təmin etmək üçün belə etdik. Burada rəqibi istənilən şəxs seçə bilər. Həmin sistemi İsveçrə şirkəti icad edib. Biz digər idman federasiyalarına da təklif edirik ki, çox xərc aparmayan bu sistemdir və istifadə edə bilərlər. Güclü idmançıların bir-biri ilə ilk mərhələdəcə düşmələrinə gəlincə, burada qeyri-müəyyənlik mümkündür. Biz bunun üçün reytinq xalı bərədə düşünə bilərik. Lakin xallar da lazımı nəticəni verməyə bilər. Çünki bir idmançı zədə alsa, onu əvəzləyənin xalları az olduqda neyləməlidir? Bunları araşdırmalıyıq. Reytinq xalına görə çimərlik güləşində test edə bilərik. Amma bunun lazımı nəticə verəcəyinə əmin deyilik. Biz güləşə olan marağı artırmalıyıq ki, bizim daha çox sponsorlarımız olsun. Bunun nəticəsində də kiçik federasiyalar da bütün yarışlara qatılsınlar”.

 

Laloviçin digər idman növlərində olduğu kimi klubların yaranmasına və onların iştirakı ilə yarışların keçirilməməsinə də aydınlıq gətirib. O bildirib ki, bir çox ölkələr güclü çempionatları ilə fərqlənsələr də, klubda tam heyətlə təmsil oluna bilməyəcəklər: “Buna baxmayaraq, bu istiqamətdə işlər gedir. Məsələn, Rusiya, Azərbaycan, Bolqarıstan və bir neçə ölkədə bu problem olmaya bilər. Lakin bəzilərində çətinlik yaradacaq”.