08:07 30-07-2014
news_image
757
STOLÜSTÜ OYUNLAR

Yığmamızdan seans - FOTOSESSİYA

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi görkəmli şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan seansda iştirak edib. Apasport.az saytının məlumatına görə, yığmamızın üzvləri mərhum qrossmeysterimizin 28 yaşının tamam olması münasibətiylə 28 lövhədə uşaqlarla mübarizə aparıb.

 

Seansda yığmanın kapitanı Aleksandr Xalifman, şahmatçılardan Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov və Eltac Səfərli iştirak ediblər.

 

Hüseynov turnir haqda bunları deyib: “Vüqarın bizimlə olmamasını qəbul etmək çətindir. Bir qədər əvvəl Şəmkirdə onun xatirəsinə böyük turnir keçirildi. İndi yeniyetmələr arasında yarış keçirilir. Çox istərdim bu turnirlər ənənəvi olsun. Vüqarın adı daima yaşamalıdı”.

Komandanın kapitanı Xalifman Vüqar haqda belə danışıb: “Böyük şahmatçı hər zaman xatırlanmalıdır. Bu turnir yeniyetmələr üçün əsl motivasiya olacaq. Belə yarışda iştirak etmək sevindiricidir."

Yığmanın şahmatçısı Məmmədyarov isə Vüqarın xatirə turnirində iştirak etməyi özlərinə borc bildiyini deyib: “Komanda yoldaşımızın adına olan turnirdə iştirak etmək önəmlidir. Belə yarışlar nə qədər çox olsa o qədər yaxşıdır. Vüqarın adı daima yaşayacaq. Bizim belə xatirə turnirində iştirakımız çox vacibdir”.