13:25 30-07-2014
news_image

Yığmamızın 4 idmançısı ilk “onluq”da

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda öz çəkiləri üzrə ilk “onluqda” Azərbaycan millisinin 4 idmançısı yer alıb.

 

Belə ki, təmsilçilərimizdən Orxan Səfərov (60 kq) 5-ci, Nicat Şıxəlizadə (66 kq) 7-ci, Elxan Məmmədov 2-ci və Elmar Qasımov (hər ikisi 100 kq) 4-cü pillədə qərarlaşıb.

 

Digər cüdoçularımıza gəlincə, İlqar Müşkiyev (60 kq) 11-ci, Tərlan Kərimov (66 kq) 82-ci, Rüstəm Orucov (73 kq) 14-cü, Məhəmmədəli Mehdiyev (81 kq) 44-cü, Tural Səfquliyev (81 kq) 52-ci, Şahin Qəhrəmanov (90 kq) 19-cu və Kifayət Qasımova (57 kq) 22-ci yeri tutur.

 

Qeyd edək ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilib.