11:55 01-08-2014
news_image
1420
STOLÜSTÜ OYUNLAR

“Azərbaycan favoritdi, Ermənistana “üçlük”də yer yoxdu” - FOTO

Kişi şahmatçılardan ibarət Ukrayna millisinin kapitanı Aleksandr Sulıpa sabah Tromsedə start götürəcək Olimpiadada favoritlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 42 yaşlı qrossmeyster 179 komandanın qatılacağı yarışda Azərbaycanın şanslarını yüksək qiymətləndirib.

 

Polşa millisini də çalışdırmış mütəxəssis 2 il öncə İstanbulda Olimpiya çempionu olan Ermənistana isə ilk “üçlükdə” yer verməyib: “Olimpiadanın favoritləri Rusiya, Fransa, ABŞ, Azərbaycan, Çin, Macarıstan, Ermənistan, Ukrayna və İsraildir. Bu komandalar medalları bölüşdürəcəklər. Risk edib öz proqnozumu verə bilərəm. Ermənistan bu dəfə “üçlüyə” düşməyəcək. Olimpiadada hər oyun çətindir. Rusiyanı məğlub edib, zəif komandalara uduzmaq belə mümkündür”.

 

Qeyd edək ki, Sulıpa Ukrayna millisinin aparıcı üzvü, Olimpiya Vasili İvançukun məşqçi-sekundantıdır.