10:39 02-08-2014
news_image
1004
STOLÜSTÜ OYUNLAR

Klublarımız Avropa çempionatında iştiraklarını təsdiqlədilər

Şahmat üzrə klublararası Avropa çempionatında iştirak edəcək klubların ilkin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, sentyabrın 13-20-də İspaniyanın Bilbao şəhərində keçiriləcək yarışda hələlik 65 komanda qeydiyyatdan keçib.

 

Bunlardan 54-ü kişi, 11-i qadın klubudur. Azərbaycan isə çempionata ötən il olduğu kimi yenə 2 komanda ilə qatılacaq. Bilbaoda ölkəmizin idman şərəfini SOCAR və “Odlar Yurdu” qoruyacaq.

 

Qeyd edək ki, yarışın qalibi 7 turun yekununda bilinəcək.