12:00 02-08-2014
news_image
878
STOLÜSTÜ OYUNLAR

Olimpiadadakı rəqiblərimiz bilindi

Norveçin Tromse şəhərində şahmat üzrə keçiriləcək Olimpiadanın püşkü atılıb. Apasport.az saytının məlumatına görə, bu gün start götürəcək yarışda Azərbaycan milliləri ilk turdakı rəqiblərini tanıyıblar.

 

Belə ki, Aleksandr Xalifmanın rəhbərlik etdiyi kişilərdən ibarət komandamız Olimpiadaya İPCA yığması (fiziki cəhətdən əlil olan şahmatçıların beynəlxalq assosiasiyasının komandası) ilə oyunla start verəcək.

 

Qadınlardan ibarət yığmamız isə ilk turda İrlandiya ilə gücünü yoxlayacaq.

 

Qeyd edək ki, matçlar Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.