17:52 03-08-2014
news_image
620
DİGƏR NÖVLƏR

Useyn Bolt karyerasını başa vuracağı vaxtı açıqladı

 

Dünyanın ən sürətli adamı olan Useyn Bolt karyerasını başa vuracağı vaxtı açıqlayıb. Apasport.az saytının məlumatına görə, yamaykalı sprinter Rio-de-Janeyro Olimpiadasından bir il sonra idmandan gedəcəyini bildirib.

 

Bolt 6 dəfə Olimpiya çempionu və 8 dəfə dünya çempionudur. O, bundan əvvəl Olimpiadadan sonra idmandan gedəcəyini bildirirdi: “Mən həmişə deyirdim ki, 2016-cı il Olimpiadasından sonra karyeramı başa vuracağam. Amma mənə hələ də deyirlər ki, 2017-ci il dünya çempionatında çıxış etməliyəm. Yəqin ki, belə də edəcəyəm və bu turnir karyeramda son çempionat olacaq. Mən bir dəfə Maykl Consondan niyə karyerasının ən yüksək nöqtəsində idmanı tərk etdiyini soruşdum. O mənə dedi ki, artıq hər şeyi əldə edib və uğrunda mübarizə aparmalı olduğu heç nə qalmayıb. Yəqin ki, o, haqlıdır. Hər şeyi əldə edəndən sonra getməlisən”.