08:44 04-08-2014
news_image
812
STOLÜSTÜ OYUNLAR

Olimpiadada 4 qələbə

Norveçin Tromse şəhərində keçirilən şahmat Olimpiadasında 2 tur arxada qalıb. Apasport.az saytının məlumatına görə, yarışa böyük iddialarla yollanan Azərbaycan milliləri görüşlərini qələbə ilə başa vurublar.

 

Belə ki, Aleksandr Xalifmanın rəhbərlik etdiyi kişilərdən ibarət komandamız Olimpiadaya İPCA yığması (fiziki cəhətdən əlil olan şahmatçıların beynəlxalq assosiasiyasının komandası) ilə oyunla start verib. Zəka sahiblərimiz rəqiblərinə heç bir şans verməyərək, 4:0 hesablı qələbə qazanıblar.

 

Onlar ardınca Şotlandiyadan olan həmkarları ilə mübarizə aparıblar. Komandamızın heyətində yalnız Şəhriyar Məmmədyarov xal itirib. İlk turda istirahət edən qrossmeysterimiz rəqibi ilə sülh bağlayıb. Digər matçlarda təmsilçilərimiz qalib gəliblər – 3,5:0,5.

 

Qadınlardan ibarət yığmamız isə ilk turda İrlandiya ilə gücünü yoxlayıb. Adalılara heç bir şans verməyən komandamız ardınca Salvadoru da eyni – 4:0 hesabı ilə məğlub edib. 

 

 

Kişilər

AZƏRBAYCAN – İPCA 4:0
Teymur Rəcəbov (2724) – Andrey Obodçuk (2372) - 1:0
Rauf Məmmədov (2659) – İqor Yarmolov (2329) - 1:0
Eltac Səfərli (2649) – Ruben Bernardi (2114) - 1:0
Qədir Hüseynov (2613) – Yevqeni Vodyasov (2226) - 1:0

 

ŞOTLANDİYA - AZƏRBAYCAN – 0,5:3,5
Kolin Maknab (2441) - Şəhriyar Məmmədyarov (2743) - 0,5:0,5
Endrya Qrit (2431) - Rauf Məmmədov (2659) – 0:1
Con Şou (2419) - Eltac Səfərli (2649) – 0:1
Alan Tat (2347) – Qədir Hüseynov (2613) – 0:1

 

Turnir cədvəli: 1. Fransa, 2. Hollandiya, 3. Almaniya (əlavə göstəricilər – hamısı 8), ...11. Azərbaycan (7,5) – hamısı 4 xal

 

Qadınlar

AZƏRBAYCAN – İRLANDİYA - 4:0
Zeynəb Məmmədyarova (2229) – Purnima Menon (1935) - 1:0
Gülnar Məmmədova (2334) – Diana Mirza (1734) - 1:0
Türkan Məmmədyarova (2274) – Ceraldin Lauleys (1830) - 1:0
Səbinə İbrahimova (2263) – Karina Kruk (1795) - 1:0

 

SALVADOR - AZƏRBAYCAN - 0:4
Lorena Zepeda (2158) - Zeynəb Məmmədyarova (2229) – 0:1
İnqrid Sançes (2020) - Gülnar Məmmədova (2334) – 0:1
Qabriela Avelar (1903) – Xəyalə Abdulla (2286) – 0:1
Qabriela Melendes (1877) - Türkan Məmmədyarova (2274) – 0:1

 

Turnir cədvəli: 1. Çin, 2. Rusiya, 3. Ermənistan, 4. Macarıstan, 5. İran, 6. Azərbaycan (əlavə göstəricilər – hamısı 8) – hamısı 4 xal

 

Qeyd edək ki, III turda kişilərdən ibarət millimiz Xorvatiya, qadınlardan ibarət komandamız isə İsveçrə ilə üz-üzə gələcəklər.