14:17 04-08-2014
news_image
662
DİGƏR NÖVLƏR

Belçikada hamını qabaqladı - FOTO

Azərbaycan çaparı Patrik MakEnti konkur növü üzrə Belçikada keçirilən CSİ-2* kateqoriyalı Bonheyden yarışında çıxışını uğurla başa vurub. Atçılıq Federasiyasından apasport.az saytına verilən məlumata görə, təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Belə ki, 6 yaşlı atlarla keçirilən turnirin təsnifat mərhələsində 4-cü yeri tutan MakEnti finala vəsiqə qazanıb. Həlledici Qran-Pri yarışında isə “April Mury Marais Z” ləqəbli atla bütün rəqiblərini qabaqlayaraq, qızıl medala yiyələnib.

 

Qeyd edək ki, 6 yaşına qədər olan atlarla növbəti mötəbər yarış də gələn ayda Belçikada baş tutacaq.